Cümə , Yanvar 3 2025
azfa

Güney Azərbaycanın Qəzvin vilayətində rejim180 işçini ixtisar etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin vilayətində yerləşən “Marliksan” zavodunun 180 işçisi rejim tərəfindən ixtisar edilib.

Avtomobil üçün ehtiyat hissələri istehsal edən zavodun işçiləri bu barədə deyib: “Zavodun bu ilin əvvəlində (Novruz bayramı nəzərdə tutulur) 340 işçisi var idi. Ötən günlərdə 1 ildən 15 ilədək zavodda çalışan 180 işçi ixtisar edildi. Buna səbəb ölkənin iki böyük avtomobil zavodunun “Marliksan”a borcunu ödəməməsidir”.

Onların sözlərinə görə, hazırda zavodda 160 işçi qalıb. Onların iş müqaviləsə 1-2 aydan bir uzadılır, işçilər işlərini itirməkdən qorxurlar.

Sənaye müəssisəsi avtomobil zavodlarına aylar öncə ehtiyat hissələri satıb, lakin satdığı məhsulun pulunu ala bilmir.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın