Bazar , Oktyabr 18 2026
azfa

Güney Azərbaycanın Qürvə bölgəsinin əhalisi əkin ərazilərində İranın zavod tikməsinə etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin ayırıb Kürdüstana ilhaq ethaq etdiyi tarixi Azərbaycan bölgəsi- Qürvənin əhalisi əkin ərazilərində İranın zavod tikməsinə etiraz ediblər. Onlar öz əkin sahələrinin mənimsənilməsinə narazılıqlarını bildiriblər.

Qürvə bölgəsinin azərbaycanlı türk fermerləri bu məqsədlə etiraz aksiyası keçirərək, onlara məxsus əkin torpaqlarının mənimsənilməsinə etiraz ediblər.

Əhali başqa istifadəsiz torpaq sahələrinin olmasına baxmayaraq əkin sahələrində polad zavodunun tikintisinə başlanılmasını yüzlərlə ailənin işsiz qalması və məcburi mühacirətə sövq edilməsi məqsədi daşıdığını bildirirlər.

Etiraz edən Qürvə əhalisi deyiblər: “Zavod tikintisi ilə məşğul olan şirkətin Təbii Sərvətlər Nazirliyindən aldığı icazə yerli əhalinin etirazları və məhkəməyə müraciəti nətcəsində Sənəndəc məhkəməsinin 7-ci bölməsi tərəfindən ləğv edildi. Ancaq yenidən hansısa səlahiyyətlilərin yardımı ilə şirkət yenidən bölgəyə ağır texnika gətirib və əhalinin məhsul olan əkin torpaqlarını şumladılar”.

Qeyd edək ki, Azərbaycanın Qürvə bölgəsi 1958-ci ildə Azərbaycandan ayrılaraq Azərbaycan əraziləri hesabına yaradılan Kürdüstan əyalətinin tərkibində daxil edilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …