Çərşənbə axşamı , İyul 28 2026
azfa

Tikantəpənin qızıl mədənlərini talayan İran buranın yüzlərlə arıçısını müflis etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə bölgəsinin qızıl mədənlərini talayan İran buranın yüzlərlə arıçısını müflis edib.

Tikantəpə (Tikab) bölgəsində yerləşən Ağdərə və Zərşuran qızıl mədənlərinin ətrafında yaşayan kəndlilər iki qızıl mədəninin onlara yalnız problemlər yaratdığını deyirlər.

Azərbaycanın bu bölgəsinin qızıl mədənlərindən əldə olunan məhsulların fars bölgələrinə daşınması ilə yanaşı onların qeyri-standart istismarı, zəhərli tillantıların bölgədə yayılması kəndlilərin kənd təsərrüfatını və ətraf mühiti məhv etməsinə səbəb olur.

Bölgə əhalisi və arıçılarından Seyid Mehdi Qudsi bildirib ki, qızıl mədənlərinin qaydasız fəaliyyətinin on və yüzlərlə başqa arıçını müflis edib.

Seyid Mehdi Qudsi deyib: “Bir neçə il bundan öncəyə arıçılığa 20 pətəklə başlasam da 2011-ci ildə pətək sayı 1500-ə yüksəldi və 12 ilə istehsalı genişləndirdim. Ancaq 2020-ci ildən başlayaraq qızıl mədənlərinin ətraf mühiti çirkəndirməsi səbəbindən bütün arılar məhv oldu, ailəm. işçilərim və təsərrüfatım dağıldı”.

Tikantəpəlilər və ətraf mühit fəalları həmin videonu paylaşmaqla problemlərin həlli ilə bağlı rejimin tədbir görmələrini tələb edib, bölgənnin ətraf mühit və təsərrüfatının məhv edilməsinin qarşısını almalarını istəyiblər.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın mədənlərini müstəmləkəçi kimi talayıb, fars bölgələrinə aparır və yerli əhaliyə isə yoxsulluq və ekoloji fəlakət miras qoyurlar.

Həmçinin yoxlayın

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Əsgər Əkbərzadə Ərdəbil həbsxanasında məhbusların saxlanma şəraitinin ağır və qeyri-insani olduğunu bildirib

GADTB: Ərdəbil həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə ailəsi ilə görüşü zamanı məhbusların saxlanma …