Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran rejimi PKK tərəfdarı və narkotik alverçisi Simitqonu açıq şəkildə himayə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan əyalətinin valisi kürdəsilli Məhəmmədsadıq Mötəmedian və terrorçu Sepah rəsmiləri “Simitqo” bandası kimi tanınan və Qərbi Azərbaycan əyalətinə torpaq iddiası edən kürd terror təşkilatları ilə yaxın münasibəti və narkotik alverçisi olan qrup üzvləri ilə görüşərək onları himayə ediblər.

Valinin və İranın Sepah-nın görüşdüyü qrupun başçısı ötən əsrin birinci yarısında Qərbi Azərbaycanda türklərə qarşı dəhşətli qırğın törətdiyi üçün “Urmu qəssabı” kimi tanınan İsmayıl Simitqonun nəvəsi və məşhur narkotik qaçaqmalçısı, eləcə də İran kəşfiyyatının əməkdaşı küdəsilli Naci Şərif Zindəştinin nəzarəti altında fəaliyyət göstərir.

Bu qrup parlament və Şəhər Şurası seçkiləri zamanı daha da aktivləşir, başqa bölgələrdən kürdlərin Qərbi Azərbaycanda kürd namizədlərə səs vermələri üçün gətirilmısi ilə məşğul olur və Azərbaycan torpaqlarının kürd əraziləri kimi qələmə verilməsində geniş təbliğat fəaliyyətləri aparırlar.

Bu vasitə ilə İran dövləti rəsmi şəkildə Azərbaycana qarşı kürd terrorizmini dəstəkləyib, kürd terrorizmi və qaçaqmalçı və qatillər vasitəsilə Azərbaycanın qərb bölgəsini qan gölünə boğmaqla Azərbaycanın bu hissəsini kürdlərə verməyi planlaşdırır.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …