GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan və Təbriz şəhərlərində rabitə sahəsində çalışan işçilər və pensiyaçılar əmək haqqı və müavinətlərinin yetərsiz olması və tələblərinin hökumət tərəfindən yerinə yetirilməməsi səbəbindən etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, telekommunikasiya və s. sahələr üzrə pensiyaçılar davamlı olaraq son illərdə məişət vəziyyətlərinin yaxşı olmaması, təqaüdlərinin aşağı olması üzündən etiraz aksiyası keçirirlər. Dövlət isə onların vəziyyətlərinə etinasız yanaşır.