GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Təbriz şəhərində Güney Azərbaycanın “Traxtur” komandası rəqibini 1:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində “Traxtur” 4-cü pilləyə yüksəlib.
Təbrizin Səhənd stadionunda 50 mindən çox tərəfdar yarış boyu milli şüarlar səsləndiriblər.
Onlar stadionda “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Azadlıq, Ədalət, Milli Hökumət” və s. milli şüarlar səsləndiriblər.
Azərbaycanlı tərəfdarlar həmçinin Güney Azərbaycan qadınlarına dəstək üçün “Azərbaycan qızları, göylərin ulduzları” şüarı səsləndiriblər.