Şənbə , Oktyabr 17 2026
azfa

Laçındakı keçid məntəqəsi işıqla təmin olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi Azərişıq ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Bu barədə Azərişıq ASC-dən məlumat verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …