Cümə , Avqust 21 2026
azfa

Güney Azərbaycanında koronavirusun acınacaqlı vəziyyət yaratdığı vaxtda Molla rejimi karantin rejimini ləğv edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars-molla rejiminin Qumdan Güney Azərbaycanına yaydıqları koronavirus dəhşətli faciələrə səbəb olmaqdadır.

Bu acınacaqlı vəziyyətə baxmayaraq Ruhani hakimiyyəti bildirib ki, 2 milyon nəfər də koronavirusdan ölsə iş yerləri tətil edilməyəcək. İş yerlərinin açıq olması, əhalinin hərəkətinə maneələrin götürülməsi isə koronavirusun yayılmasını daha sürətləndirir.

Təbriz Tibb Elmləri Universitetinin rektoru Dr. Məhəmməd Hüseyin Somi vilayətdə son gün ərzində keçirilən korona testlərinin nəticələrini açıqlayaraq, bildirib ki, Şərqi Azərbaycan vilayətində son 24 saatda COVİD-19 korona virusuna yoluxanların statistikasının 3 rəqəmli olub.

Doktor Sominin verdiyi məlumata görə, son 24 saatda vilayətdə 276 testdən 176 nəfərdə koronvirusu tapılıb və beləliklə Şərqi Azərbaycanda virusa yoluxanların sayı 2282 nəfər ölənlərin sayı 222 nəfər elan edilib. Virusa yoluxanların 52 faizi Təbriz şəhərinə aiddir. Həmin məlumata görə, vilayətin Sərdəri şəhərində vəziyyət çox ağıdır, belə ki, həmin şəhərdə hər 10 min nəfərdən 29-da koronavirus aşkar edilib.

Güney Azərbaycanın Qərbi Azərbaycan, Ərdəbil, Zəncam, Ərdəbil, Qəzvin və s. vilayətlərində də rejimin ayrıseçkilik siyasəti və lazımi infrastrukturun olmaması koronavirus qurbanlarının kəskin artmasına səbəb olub.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Bir cavab yazın