Çərşənbə axşamı , İyul 28 2026
azfa

17 millət vəkilindən molla rejiminin Çinin vassalına çevrilməsinə etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Məclisinin 17 millət vəkili Çinin molla rejimini öz vassalı kimi təhqir etməsi, bunun ardınca isə İran rejimi ilə sepahın əl-ayağa düşüb Çin kommunist rejiminə yalvarmasına etiraz olaraq İranın Xarici İşlər naziri Zərifə etiraz məktubu yazmışlar.

Onlar heç olmasa molla rejiminin vassal təəssüratı bağışlayan hərəkətlərini ört-basdır etmək məqsədilə Çinin Tehrandakı səfirinin çağırmasını istəyiblər.

İran məclisinin Tehrandan millət vəkili Mahmud Sadiqi Tvitter hesabında bununla bağlı yazıb:

“Mən 16 millət vəkili ilə birlikdə Məhəmməd Cavad Zərifə çağırışda Xarici İşlər Nazirliyinin sözçüsünün Çin səfirinin açıqlamalarına verdiyi uyğunsuz cavabına etirazımızı bildirdik. Çinin Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılmalı və ona lazımi iradlar bildirilməlidir”.

İranın Çin kimi bir ölkənin vassalına çevrilmə reallığını görüb üzülən millət vəkilləri çağırışlarında deyiblər: “Xarici İşlər Nazirliyinin sözçüsünün ölkənin Səhiyyə Nazirliyinin sözçüsünün Çinin koronavirusla bağlı həqiqi vəziyyəti gizlətməsi barədə fikirlərinə Çin səfirinin qeyri-münasib və qeyri-diplomatik açıqlamalarına əks olaraq İranın, “nə Şərqi, nə Qərbi, İran İslam Respublikası” strategiyasına ziddir. Sizdən Xarici İşlər Nazirliyinin mövqeyinə daha çox nəzarət etməyi istəyirik”.

Xatırladaq ki, aprelin 5-də Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur Anadolu Ajansına açıqlamasında, demişdir ki, Çin COVİD-19 virusu ilə bağlı statistika və məlumatları yalan olub və Çin hamını aldadaraq, dünya ilə acı bir zarafat etmişdir. Buna isə Çinin Tehrandakı səfiri təkəbbürlə etiraz etmişdir. Bu rəisin vassala etirazından isə İran rəsmiləri və sepah əl-ayağa düşüb üzr istəyiblər.

Həmçinin yoxlayın

Omandan Hörmüz boğazı ilə bağlı təklif; Nəzarət yalnız İranın əlində olmayacaq

 GADTB: Reuters agentliyi çərşənbə axşamı Fars körfəzi bölgəsindəki məlumatlı mənbəyə istinadən xəbər verib ki, Oman …

ABŞ rəsmiləri Axios-a deyiblər ki, sanksiyalar İslam Respublikasına bombardmandan daha çox zərər vura bilər

GADTB: Axios saytının yüksəkvəzifəli ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası hesab edir …

Bir cavab yazın