Bazar ertəsi , May 20 2024
azfa

Güney Azərbaycanın Muğan və başqa bölgələrində Beynəlxalq Ana Dili Günündə türkcə kitablar paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsində azərbaycanlı milli-mədəni fəallar Beynəlxalq Ana Dili Günü ilə bağlı türk dilində çap edilmiş kitablar paylayıblar.

Fevral ayının 21-də azərbaycanlı milli-mədəni fəallar Muğanda azərbaycanlı məktəblilərə türk dilində çap edilmiş kitablar paylamaqla irqçi fars rejimin Azərbaycan Türk Millərtinin dilində təhsili qadağan etdiyinə etiraz ediblər.

Azərbaycanlı fəallar həmçinin uşaqların türk dilində yazıb oxumaları üçün onlara həmin kitabları hədiyyə diblər.

Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin dəstəyi ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Hazırda azərbaycanlı milli-siyasi fəallardan Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid Mənafi Beynəlxalq Ana Dili Gününündə təbrik posterləri payladıqları üçün İran rejimi tərəfindən həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …