Bazar ertəsi , Mart 31 2025
azfa

Güney Kiprdə Türkiyə əleyhinə yeni terror təşkilatı yaradıldı

GADTB: Güney Kiprdə “İnqilabçı Azadlıq Mübarizəçiləri Hərəkatı” adlı yeni terror təşkilatı yaradılıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Təşkilat Türkiyəyə qarşı fəaliyyət göstərəcəyini açıqlayıb və Kipri ​​türklərdən təmizləmək üçün müharibəyə başlayacağını bəyan edib.

Terror təşkilatı Türkiyəyə qarşı silahlı mübarizə aparacağını bildirib.

Təşkilatın yunanların Osmanlıya qarşı üsyanının simvolu olan “Atəş və Balta”dan simvol kimi istifadə etdiyi diqqət çəkib. Terror təşkilatı Kipr torpaqlarının Türkiyə tərəfindən “işğal edildiyi” kimi qalmaqallı təbliğat apararaq, tərəfdarlar toplamağa çalışır.

Qeyd edək ki, terror təşkilatı ilk dəfə 2024-cü ilin iyulunda elan edilib.

Həmçinin yoxlayın

31 Mart – Azərbaycanlıların Soyqırımı günüdür

GADTB: Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 107 il ötür. APA-nın məlumatına …

Tramp: İran razılığa gəlməsə, misli görünməmiş bombardımana məruz qalacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə …