Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Həbs edilən azərbaycanlı yazıçı və tərcüməçidən heç bir məlumat yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yanvarın 4-də İran adlanan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Xoy şəhərində həbs edilən Şəhriyar Güləvaninin vəziyyətindən heç bir məlumat yoxdur.

Güney Azərbaycandan olan sənətçinin ailə üzvləri Xoy şəhərinin Zindan və ETTELAAT İdarələrinə müraciət edərək Şəhriyar Güləvaninin vəziyyəti barədə məlumat almaq istəmişlər. Lakin onlara heç bir məlumat verilməyib.

Xoylu yazıçı Şəhriyar Güləvaninin harada saxlanıldığı və vəziyyəti barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Güləvani “Evrin”, “Aydın səhər”, “Günəbaxan” və s. Azərbaycan sayt və nəşrləri, eləcə də bir sıra mədəni müəssisələrlə əməkdaşlıq edib. Azərbaycanlı yazıçının həbsinin 2017-ci il dekabr ayının 31-də  Xoyda fars rejiminə qarşı keçirilən etiraz aksiyaları ilə bağlı olduğu xəbər verilir. Şəhriyar Güləvani Xoy şəhərinin mədəni mühitində tanınmış simalardandır və 2017-ci il üzrə Nobel mükafatının qalibi Doris Lessingin “Tuneldən keçid” kitabını fars dilinə tərcümə edib.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın