Bazar ertəsi , May 12 2025
azfa

Həbs edilən 6 mədən işçisi Urmiyasa zindanda qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə (Təkab) şəhərinin qızıl və daş mədəninin altı işçisi həbs edilərək Urmiyanın mərkəzi həbsxanasında saxlanılır.

Həbs olunan işçilərdən 26-sı son həftələrdə 600 milyon tümənlik girovla azadlığa buraxılsa da, onlardan 6-sı hələ də Urmiya həbsxanasında həbsdədir.

Məhkəmənin ilkin mərhələsində bu məhbusların ittihamları “ictimai asayişi pozma”, “ölkənin daxili təhlükəsizliyinə qarşı hərəkət” və “adam oğurluğu”dur.

Qeyd edək ki,  saxlanılanlar ötən ay etiraz aksiyasında haqlarını tələb edən işçilərdir.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəallar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkətinin iki gənc fəalı Huşəng Nağızadə və …

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Ramin Nəcəfvəndi Kəşfiyyat Polisinə çağırılıb

GADTB: Traxtur komandasının ərdəbilli tərəfdarı Ramin Nəcəfvənd 10 may, şənbə günü Ərdəbildə Kəşfiyyat Polisinə çağırılıb …