Şənbə , Oktyabr 17 2026
azfa

Həbsdə olan azərbaycanlı fəallara işgəncə verilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları həbs etdiyi azərbaycanlı fəallardan Davud Şiriyi elektrik dəyənəklə işgəncə ediblər və onun təsirləri fəalın bədənində görünür. Rejimin məmurları həmçinin Araz İbrahimnejada da işgəncə veriblər.

Müvəqqəti sərbəst buraxılan fəallardan Əli Babayi işgəncə nəticəsində başından, Cavad Sudbər isə dişindən zədə alıb. Yürüş Mehrəlibəyli isə hər gün döyülür.

Həmçinin Təbrizli reper Milad Cəlili “Elşən” Təbriz həbsxanasına köçürülüb.

Təbrizli reper Elşənin bir neçə gün əvvəl Təbrizdə rejimin həbsxanasının Karantin Şöbəsinin 7-ci palatasına köçürüldüyü bildirilir.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …