Cümə axşamı , Oktyabr 15 2026
azfa

Həmədanda Kösə Gəlin mərasimi keçirilib

GADTB: Güney Azərbaycanın Həmədan bölgəsinin Rəsgovan kəndində hər il olduğu kimi bu il də Kösə Gəlin mərasimi keçirilib.

Qışın sərt günlərinin keçib yazın gəlişindən xəbər verən bu mərasimdə kənd çobanları xüsusi paltar geyinirlər. Onlar kəndlilərin evinə gedib qapını döyür, pul istəyirlər. Hər evin ağsaqqalı da Kösənin mədhi üçün türkcə folklor şerləri oxuyur, çobanları və sakinləri hədiyyələr verərək sevindirirlər.

Kösə Gəlin ritualında iki nəfər bir-birini müşayiət edir, onlardan biri kişi olan Kössə və biri qadın paltarı geyinən və özünü qadın kimi göstərən kişi olur. Kösə keçə papaq taxır, başına dəsmal sarır və üstünə sürürgədən iki buynuz qoyur.

https://t.me/GADTB1/40159

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …