Hadi Bahaduri: Avropa şirkəti Vandan Urmiya gölünə su çəkməyə hazırdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın məclisdəki millət vəkili Hadi Bahaduri dünən iyun ayının 17-də öz şəxsi saytında yayınladığı bir məktubda bir Avropa şirkətinin Vandan gölündən Urmiya gölünə su çəkməyə hazır olduğunu xəbər verdi.

O Avropanın bu barədə Parazaqros Şirkətinin razılıq məktubunu da Energetika nazirliyinə göndərmişdir.

Urmiyanın məclisdəki millət vəkili məktubda yazır: “Su və Kanalizasiya nazirinin müavini cənab dr. Soruş, nazirinin 29 my 2018-ci il tarixli göstərişinə uyğun olaraq, Urmiyanın millət vəkili Hadi Bahaduri Avropanın Parazaqros Şirkətinin Vandan gölündən Urmiya gölünə su çəkməyə maliyyəni təmin etməyə hazır olduğunu elan edir. Cavabınızı millət vəkilinə bildirin”.

Qeyd edək ki, Vandan gölündən Urmiya gölünə su çəkilməsi layihəsini ilk dəfə Hadi Bahaduri, eləcə də digər Urmiya millət vəkili Qazipur gündəmə gətirmişdi. Lakin bir müddət öncə İran adlanan ölkənin Ətraf Mühiti Mühafizə İdarəsinin rəisi İsa Kələntəri Vandan gölündən Urmiya gölünə su çəkilməsinin ancaq söz-söhbət olduğunu demişdi.

Həmçinin yoxlayın

Qəzvində azərbaycanlı fəala təzyiq göstərilir

GADTB: Güney Azərbaycanın Qəzvin bölgəsinin Xurrəmdəşt bölgəsindən olan İsmayıl Xudayari Qəzvin Baş İnqilab Prokurorluğunun beşinci …

Əkbər Azadla azərbaycanlı milli fəallar Ərdəbildə görüş keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, həbs cəzasından sonra sürgünə göndərilməsi barədə qərar çıxarılan …

Bir cavab yazın