Bazar , Oktyabr 11 2026
azfa

Hörmüz boğazının mərkəzi hissəsi hələ də bağlıdır; 80 dəniz minası təhlükə yaradır

GADTB: Britaniyanın “The Guardian” nəşri yazır ki, Hörmüz boğazının mərkəzi hissəsi hələ də təxminən 80 dəniz minası səbəbindən bağlanmış vəziyyətdədir və gəmilər alternativ marşrutlardan istifadə etməyə məcbur olurlar.

Məlumata görə, neft tankeri sahiblərinin beynəlxalq assosiasiyası olan İntertankonun rəhbər nümayəndələrindən biri Fil Belçer bildirib ki, hazırda gəmi hərəkəti boğazın şimal və cənub dəhlizləri vasitəsilə həyata keçirilir.

Bildirilir ki, ABŞ və İsrail ilə İran arasında baş vermiş müharibədən sonra boğazda ciddi təhlükəsizlik problemləri yaranıb. Sonradan İran və ABŞ arasında əldə edilən anlaşmadan sonra ABŞ dəniz blokadasının dayandırıldığını açıqlasa da, mina təhlükəsi qalmaqda davam edir.

İranın Ali Milli Təhlükəsizlik Şurası da yaydığı açıqlamada boğaz sularında minaların mövcudluğunu təsdiqləyib və gəmilərin yalnız İranın müəyyən etdiyi marşrutlar və vaxtlar üzrə hərəkət etməli olduğunu bildirib.

Məlumata əsasən, mina təmizləmə işlərinin gələcək mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, atəşkəs davam etsə belə, Hörmüz boğazında gəmiçiliyin müharibədən əvvəlki normal vəziyyətə qayıtması müəyyən vaxt tələb edəcək.

Qeyd olunur ki, blokada dövründə boğazın hər iki tərəfində minlərlə gəmi və on minlərlə dənizçi gözləmə vəziyyətində qalmışdı. Hazırda isə bəzi gəmilər İran sahillərinə yaxın marşrutlardan, digərləri isə Oman sahilləri boyunca uzanan cənub dəhlizindən istifadə edərək hərəkətlərini davam etdirirlər.

Həmçinin yoxlayın

Təbriz şəhərinin meri: Tehrandan vəsait gətirmək əvəzinə, Təbrizdən 4 trilyon tümən aparmaq istəyirlər!

GADTB: Təbriz şəhərinin meri Yaqub Huşyar İran İslam Respublikasının bəzi parlament üzvlərini və rəsmilərini sərt …

Skott Bessent: İran İslam Respublikası dağılmaq üzrədir, tezliklə təslim olmaq üçün yalvaracaqlar; Berlin divarı da bir gündə uçdu

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent oktyabrın 11-də, bazar günü “Fox News” telekanalına müsahibəsində İran …