Bazar ertəsi , Oktyabr 12 2026
azfa

İsrailli ekspert: Türkiyə ilə İsrail arasında 8 əsas gərginlik ocağı var; “Türkiyə yeni İrandır”

GADTB: İsrailli siyasi təhlilçi Eytan Lasri Türkiyə ilə İsrail arasında münasibətlərin son onilliklərin ən gərgin mərhələsinə daxil olduğunu bildirib və tərəflər arasında mövcud olan səkkiz əsas münaqişə mövzusunu təhlil edib.

Lasrinin fikrincə, Türkiyə və İsrail arasında strateji rəqabət getdikcə dərinləşir və bu proses yaxın illərdə Yaxın Şərqin siyasi mənzərəsini formalaşdıran əsas amillərdən birinə çevrilə bilər.

Ekspert qeyd edib ki, tərəflər arasındakı gərginlik son dərəcə yüksək olsa da, vəziyyət hələlik birbaşa hərbi qarşıdurma həddinə çatmayıb.

Onun sözlərinə görə, əsas gərginlik mövzuları bunlardır:

Qəzza zolağı məsələsi;

Suriyadə təsir uğrunda rəqabət;

Livandakı proseslər;

Aralıq dənizinin şərq hissəsində enerji ehtiyatları və enerji marşrutları;

Qəzza blokadasını yarmağa yönəlmiş humanitar donanmalar;

Türkiyənin müdafiə və hərbi imkanlarını genişləndirməsi;

Regional qüvvələr balansı;

Amerika Birləşmiş Ştatlarının bölgədəki rolu və siyasəti.

Lasri hesab edir ki, yaxın illərdə Türkiyə və İsrail arasında açıq müharibədən daha çox, siyasi, diplomatik, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən uzunmüddətli “soyuq müharibə” ssenarisi ehtimalı daha yüksəkdir.

Onun fikrincə, tərəflər arasındakı rəqabət regionun gələcək geosiyasi düzəninə ciddi təsir göstərə bilər və Yaxın Şərqdə yeni qüvvələr balansının formalaşmasında mühüm rol oynaya bilər.

Həmçinin yoxlayın

Təbriz şəhərinin meri: Tehrandan vəsait gətirmək əvəzinə, Təbrizdən 4 trilyon tümən aparmaq istəyirlər!

GADTB: Təbriz şəhərinin meri Yaqub Huşyar İran İslam Respublikasının bəzi parlament üzvlərini və rəsmilərini sərt …

Skott Bessent: İran İslam Respublikası dağılmaq üzrədir, tezliklə təslim olmaq üçün yalvaracaqlar; Berlin divarı da bir gündə uçdu

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent oktyabrın 11-də, bazar günü “Fox News” telekanalına müsahibəsində İran …