Bazar ertəsi , Noyabr 2 2026
azfa

Molla rejimin Xatəmül-Ənbiya Mərkəzi Qərargahı Hörmüz boğazının yenidən bağlandığını açıqladı

GADTB: Molla rejimin Xatəmül-Ənbiya Mərkəzi Qərargahı yaydığı bəyanatda Hörmüz boğazının yenidən gəmi hərəkəti üçün bağlandığını elan edib və bu addımı ABŞ-nin öhdəliklərini yerinə yetirməməsi, eləcə də İsrailin Livanın cənubunda hərbi əməliyyatları davam etdirməsi ilə əlaqələndirib.

ərargahın şənbə günü yaydığı bəyanata görə, Hörmüz boğazı yenidən bütün dəniz nəqliyyatı üçün bağlanıb.

Bəyanatda ABŞ İranla əldə olunmuş müharibənin dayandırılması haqqında anlaşma memorandumunun birinci bəndini icra etməməkdə ittiham olunub. Həmçinin İsrail ordusunun Livanın cənubunda əməliyyatlarını davam etdirməsi, bu ərazilərdə hərbi mövcudluğunu saxlaması və mülki əhalinin köçkün vəziyyətində qalması qərarın əsas səbəbləri kimi göstərilib.

Xatəmül-Ənbiya Mərkəzi Qərargahı bildirib ki, bu addım qarşı tərəfin öhdəlikləri pozmasına cavab olaraq atılan “ilk mərhələ”dir. Bəyanatda vurğulanıb ki, mövcud vəziyyət dəyişməzsə, əlavə tədbirlərin görülməsi də gündəmdə olacaq.

Bu açıqlama son günlərdə bəzi neft tankerlərinin və ticarət gəmilərinin Hörmüz boğazından keçidinin qismən bərpa olunduğu, enerji bazarlarının isə vəziyyətin normallaşacağını gözlədiyi bir vaxtda verilib.

Həmçinin yoxlayın

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı səfirliyinə imzaladıqları açıq məktubu təqdim ediblər

GADTB: Azərbaycanın bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da …

Aksios: Netanyahu ABŞ-dakı seçkilərdən sonra İrana dərhal zərbə endirilməsini istəyir

GADTB: Amerikanın “Aksios” xəbər saytı Barak Ravidin müəllifi olduğu eksklüziv məqaləsində yazıb ki, ABŞ Prezidenti …