Cümə , Oktyabr 23 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami rejimin məhkəməsinə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami yaxalandığı vaxt ona verilən çağırış vərəqəsinə əsasən sabah sentiyabr ayının 11-də irqçi və işğalçı fars rejimin Parsabadda yerləşən məhkəməsinə müraciət etməlidir. Məhkəmə iclası rejimin Parsabaddakı hakimi Fərahaninin sədrliyi ilə keçiriləcək.

Məlumata görə, azərbaycanlı fəal “virtual aləmdə sistemə qarşı fəaliyyət aparmaq”da ittiham edilib. Fəal özünü bu saxta ittihama görə rejimin məhkəməsində müdafiə etməlidir.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami Babək Qalası Qurultayı zamanı irqçi faers rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O həbsxanada ağır cismi və ruhi işgəncələr altında saxlanılırdı.

Azərbaycanlı türk fəal müvəqqəti azadlığa buraxılmaması və ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması, eləcə də hakimin prosesi uzatmasına etiraz olaraq, iyulun 28-dən aclığa aclıq aksiyasına başlamışdı.

K.İslaminin ailəsi iyul ayının 26-da Parsabad Məhkəməsinə müraciət edərək hakim tərəfindən fəalın müvəqqəti azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni təqdim etmək istəyiblər, lakin məhkəmə irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin tapşırığı ilə vəsiqəni qəbul etməkdən imtina etmişdi.

Bundan əvvəl fəalın dosyesinə baxan hakim onun müvəqqəti azadlığa buraxılması üçün 120 milyon riallıq mülki vəsiqə qərarı çıxarılmışdı.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın