“Hüseyniyyun” qruplaşmasından Azərbaycan xalqına düşmənçilik: Şuşa şəhərini ermənilər kimi “Şuşi” olaraq təqdim edirlər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranda məskunlaşan və özlərini “Hüseynçilər” və ya “Azərbaycan Müqavimət Hərəkatı” adlandıran radikal islamçı qüvvələr Azərbaycanın Şuşa şəhərinin adını erməniləşdirərək “Şuşi” kimi təqdim edirlər.

Telegram kanalı xəbər verir ki, qruplaşmanın bu yaxınlarda yaratdığı “Azərbaycan Araşdırmalar Mərkəzi” son günlər Şuşada keçirilən Zəfər Qurultayı əleyhinə silsilə yazılar dərc edib.

Həmin yazılarda Azərbaycanın Şuşa şəhəri davamlı olaraq “Şuşi” kimi təqdim edilir. Maraqlıdır ki, “Hüseyniyyun” qruplaşmasının üzvləri özlərini dildə guya dindar, Azərbaycan dövlətçiliyinin və xalqının təəssübkeşi və vətənpərvər insanlar kimi qələmə verərək səmimi dindarları aldatmağa və öz məqsədləri üçün istifadə etməyə çalışırlar.

Qeyd etmək lazımdır ki, İranda Şuşa şəhərinin adını ermənilər kimi təqdim edən əsas dairələr Ermənistanın sərhədini və təhlükəsizliyini özləri üçün “qırmızı xətt” elan edən, əvəzində isə Azərbaycana qarşı barışmaz düşmən mövqeyi sərgiləyən “Sepah”, “Ettelaat” və onların Salar Seyfəddini kimi erməni təəssübkeşi olan əlaltılarıdır. Bu fakt isə göstərir ki, “Hüseynçilər” dildə İmam Hüseyn deyib “şaxsey” etsələr də, əməldə haqq tərəfdarı deyil, ermənilər və onları dəstəkləyənlərin tərəfində olub, “ağalarının” sifarişlərini yerinə yetirirlər. Nədənsə “sionist” deyə-deyə bar-bar bağıran, qarabasma səbəbindən hər yerdə “sionist” və “ingilis” görən bu dırnaqarası “möminlər” “qırmızı xətləri” elan etdikləri Ermənistanın Qərb tərəfindən hakimiyyətə gətirilmiş baş nazirini bağırlarına basır, onun Qərblə münasibətləri barədə bir dəfə də olsun, çıxış etmirlər, çünki Ermənistan “ağaları”nın “qırmızı xəttidir” və ona toxunmaq loxmadan məhrum olmaq deməkdir.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …