Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İrandan Azərbaycanın dövlət qurumunun saytına kiber hücum

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrana məxsus kiber cinayətkar qrup Azərbaycanın İcrabi Sığorta Bürosunun saytına hücum etdiyini iddia edib.

 Özünü “İranın Kiber Ordusu” adlandıran İranın cinayətkar qrupu saytı ələ keçirərək bəzi məlumatları əldə etdiyini bildirib.

Məlumatda verilmiş siyahıda Azərbaycan Respublikasının bəzi dövlət orqanlarına aid olduğu iddia edilən bir neçə avtomobilin dövlət qeydiyyat nişanları və xüsusiyyətləri qeyd edilib.

Bundan başqa, cinayətkar qrup iddia edir ki, Azərbaycandakı bütün avtomobillər, eləcə də onların sahibləri barədə məlumatları oğurlaya bilib.

Qeyd edək ki, İranda kiber qruplar, əsasən, “Sepah”ın kurasiyasındadır və bu hərbi qurum tez-tez Azərbaycana qarşı təxribatçı mövqe sərgiləyir. Tehranın iki ölkə arasında münasibətlərin düzəlməsi və “qardaşlıq”dan dəm vurmasına rəğmən, son bir neçə ayda İran tərəfindən Azərbaycana qarşı düşmən mövqe, qarşılığında isə Ermənistana hər cür dəstəyin artırılması müşahidə edilir.

Azərbaycan hələ ki, bu iddialara rəsmi münasibət bildirməyib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …