Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Abbas Lisani yenidən xəstəxanaya yerləşdirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Ərdəbildəki zindanından tibbi məzuniyyətə buraxılan tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani aprelin 25-da Təbrizin “Vəliəsr” xəstəxanasında yenidən bel diskindən müalicə almalı olub.

Həkimlər aprelin 9-da eyni xəstəxanada əməliyyat olunan azərbaycanlı türk fəalın cərrahı lazer əməliyyatından sonra ona yenidən təxminən 1 aya yaxın hərəkət etməməyi, tam istirahət etməyi və əməliyyatın nəticəsindən arxayın olmaq üçün yenidən müayinədən keçmək tövsiyə ediblər. Fəalın yenidən lazer əməliyyatı olunacağı bildirilir.

Siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevralda 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

Qeyd edək ki, İran rejiminin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbildə Tibbi Ekspertiza Mərkəzinə aparılmışdı.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşmışdı.

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …