Şənbə , May 10 2025
azfa

İki türk ölkəsi latin əlifbasına keçməyə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Qazaxıstanla birlikdə Özbəkistan da latın əlifbasına keçməyə hazırlaşır.

Bu ölkə sonuncu dəfə 2005-ci ildə kiril əlifbasından imtina etməyə cəhd etsə də, bununla bağlı hazırlanmış proqram müzakirələrdən sonra ləğv edilmişdi. Artıq bununla bağlı yekun qərar qəbul edilib. Belə ki, hökumətə təqdim edilən yeni proqram təsdiqlənib.

Qərara əsasən, yeni əlifbaya keçid 2021-ci ilədək başa çatacaq.

Hökumətin bu qərara islahatçı Prezident Şavkat Mirziyayevin Qazaxıstan lideri Nursultan Nazarbayevlə aparıdığı danışıqlardan sonra gəldiyi bildirilir.

Qeyd edək ki, Özbəkistan latın əlifbasına keçəcəyi halda 2021-ci ildə Orta Asiyada kiril əlifbasından istifadə edəcək yeganə ölkə Qırğızıstan olacaq.

Həmçinin yoxlayın

Həmədanda ev növbəsinə yazılmış vətəndaşlar etiraz aksiyası keçiriblər

GADTB: Güney Azərbaycanın Həmədan bölgəsində əhali etiraz aksiyası keçirib. Milli Ev layihəsinin narazı müştəriləri tikinti …

Uitkof: İranın uranı zənginləşdirmə proqramı davam edə bilməz

GADTB: Amerika prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof deyib ki, “İranın uranı zənginləşdirmə proqramı bir də …

Bir cavab yazın