Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İlham Əliyev: Azərbaycan dili 50 milyondan çox insanın ana dilidir

GADTB: Avqustun 1-i  Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev rəsmi sosial media hesablarında paylaşım edərək Azərbaycan dilinin milli əhəmiyyəti və geniş yayılması barədə fikirlərini bölüşüb.

Prezidentin paylaşımında deyilir:

“Bu gün Azərbaycan dili 50 milyondan çox insanın ana dilidir. Biz – müstəqil Azərbaycan dövləti olaraq saf, orijinal və ədəbi Azərbaycan dilinin qoruyucularıyıq.”

Qeyd edək ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər il avqustun 1-də Azərbaycan Respublikasında qeyd olunur. Bu gün Azərbaycan dilinin qorunması, ədəbi dil normalarının inkişafı və milli-mədəni irsin yaşadılmasının əhəmiyyətini vurğulayan əlamətdar tarixlərdən biridir.

https://t.me/GADTB1/56967

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …