Cümə , Sentyabr 22 2023
azfa

İrəvan Azərbaycana məxsusdur – 1918-ci ildə yazılan məktub

GADTB: Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının əsas elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova İrəvanın tarixi Azərbaycan torpağı olduğunu sübut edən 1918-ci ildə yazılmış məktubu təqdim edib.

Məktub 1918-ci il mayın 29-da Azərbaycan Demokratik Respublikasının ilk baş naziri Fətəli xan Xoyski tərəfindən xarici işlər naziri Məmmədhəsən Hacınskiyə göndərilib:

“Biz ermənilərlə bütün mübahisəli məsələləri həll etdik. Onlar ultimatumu qəbul edəcək və müharibəni başa çatdıracaqlar. Biz İrəvanı onlara güzəştə gedəcəyik”.

“İş burasındadır ki, əsrlər boyu bu ərazi azərbaycanlıların yaşadığı torpaq olub. Son yüzilliyinin tarixi sənədləri sübut edir ki, Azərbaycan hökuməti öz iradəsindən asılı olmayaraq, İrəvanı Ermənistan Respublikasına verib.

Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaranıb. Arxiv sənədlər də bunu sübut edir”, – Əhmədova deyib.

Erməni milli şurası ilə Azərbaycan-Ermənistan sərhədləri və İrəvanın güzəştə gedilməsi məsələlərində aparılan danışıqlarla bağlı Müsəlman Milli Şurasının iclasının protokolundan:

“Tiflis şəhəri, 29 may 1918-ci il.

İclasın əvvəlində şura üzvü F.Xoyski danışıqların nəticəsi ilə bağlı hesabat verib.

Hesabatı bitirərkən o məlumat verib ki, Erməni Federasiyasının formalaşması üçün siyasi mərkəzə ehtiyac var. Aleksandropolun Türkiyəyə birləşdirilməsindən sonra bu mərkəz yalnız İrəvan ola bilər. Buna görə İrəvanın ermənilərə güzəştə gedilməsi qaçılmazdır”.!

 

 

Həmçinin yoxlayın

Ceyhun Bayramov erməni təxribatlarını BMT-də nümayiş etdirdi

GADTB: Azərbaycan lokal antiterror əməliyyatlarına başladı və legitim hədəflərin zərərsizləşdirməsinə yönəlmişdi. Bu tədbirlər BMT Nizamnaməsində …

Molla rejimi etirazlarda öldürdüyü azərbaycanlı gəncin ailəsinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Güney Azərbaycanın Qəzvin şəhərindən …

Bir cavab yazın