Cümə , Oktyabr 9 2026
azfa

Güney Azərbaycanın “Traxtur” klubu ilə Tatarıstanın “Rubin Kazan” klubu qardaşlaşdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın “Traxtur” klubu ilə Tatarıstanın “Rubin Kazan” klubu qardaşlaşdı.

Bu məqsədlə “Traxtur” klubunun sahibi Məhəmmədrza Zunuzi Tatarıstana gedərək, orada sentyabrın 15-də “Rubin Kazan” klubunun stadionunda bu komandanın oyunçuları, o cümlədən türkmən mənşəli Sərdar Azmunla görüşüb.

Kazana gedən idman və ticarət heyəti arasında “Traxtur” klubun sahibi Məhəmmədrza Zenuzi və icraçı direktor Dr. Əsədinin də adları çəkilir. Klubların məsulları arasında aparılan müzakirələrdən sonra iki klub arasında əlaqələrin genişləndirilməsi və qardaşlaşması ilə bağlı razılıq əldə olunub, bu barədə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Tatarıstan Muxtar Respublikası Rusiyanın türk cümhuriyyətlərdən biridir və Traxturla Rubin Kazan qardaşlaşması iki türk şəhərinin komandalarının qardaşlaşması deməkdir.

 

Həmçinin yoxlayın

Xəzərin səviyyəsinin 18 metr aşağı düşəcəyi deyilir- Video

GADTB: Son dövrlərdə Xəzər dənizinin səviyyəsində qeydə alınan kəskin enmələr, sahil xəttinin kilometrlərlə geri çəkilməsi …

İran “saxta jurnalistlər” şəbəkəsi ilə 100-ə yaxın saxta məqalə yaymış

GADTB: OpenAI şirkəti İran mənşəli bir şəbəkəni aşkarlayaraq blokladığını açıqlayıb. Şəbəkə yeddi saxta jurnalist kimliyindən …

Bir cavab yazın