Şənbə , Oktyabr 17 2026
azfa

İrəvanla Bakı arasında münasibətlər normallaşdıqdan sonra Türkiyə Ermənistanla sərhədi aça bilər

GADTB: Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” qəzetinə müsahibə verərək deyib ki, “İrəvanla Bakı arasında münasibətlər normallaşdıqdan sonra Türkiyə Ermənistanla sərhədi aça bilər”.

“Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir. Müsbət nəticə olacağı təqdirdə ssenari hazırlamalıyıq və bu istiqamətdə iş gedir. Normallaşma prosesi başa çatsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddəki qapıları aça bilərik”, – deyə o qeyd edib.

İki ölkənin xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-da sərhəddə görüşərək normallaşma prosesini ilkin şərt olmadan davam etdirmək niyyətlərini təsdiqləyiblər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …