“Eurasianet”: “İran və Ermənistan arasında mümkün silah sövdələşməsi Qafqazda mübahisələrə səbəb olur”

GADTB:  “Eurasianet” yazır ki, “İran və Ermənistan arasında mümkün silah sövdələşməsi Qafqazda mübahisələrə səbəb olub”.

Yazıda deyilir ki, bəziləri İran və Ermənistan arasında guya silah tədarükü üzrə məxfi sövdələşmənin imzalanması barədə xəbəri dezinformasiya hesab edir, digərləri isə bunun doğru ola biləciyini güman edir.

Sitat: “İrana görə, istənilən belə sövdələşmə ardınca risklər və bu risklərlə müqayisədə çox aşağı qazanc gətirir. Ermənistana silah satışı, yəqin ki, Azərbaycan və Rusiyanı, sürətlə inkişaf edən “Şimal-Cənub” nəqliyyat dəhlizinin bu iki əsas ticarət tərəfdaşını qəzəbləndirəcək. Bununla belə, silah satışı Tehranın Azərbaycanla münasibətlərdə əlavə təsir alətləri əldə etməsi kimi də nəzərdən keçirilə bilər. Bakının İsraillə sıx strateji əlaqələri, onsuz da Tehranı çoxdan qıcıqlandırır”./ Azad İran

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …