Cümə axşamı , Oktyabr 15 2026
azfa

İrana bağlı xanıma görə Harrisin müşaviri barədə təhqiqat başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, amerikalı senator Tom Kotton və ABŞ Nümayəndələr Palatasının üzvü Elis Stefanik vitse-prezident Kamala Harrisin müşaviri Fil Qordonun iran əsilli Arin Təbatəbai ilə əlaqələrinə görə təhqiqata başlayıblar. Bu barədə “Vaşinqton Fri Bikon” məlumat yayıb.

Senatorlar Kamala Harrisə məktub yazaraq, müşavirinin İranın ABŞ-da təsir şəbəkəsinin əsas üzvlərindən olan fars şovinizminə bağlı xanım Arin Təbatəbai ilə əlaqələri barədə hesabat istəyiblər.

Onların fikrincə, hazırda Pentaqonda yüksək vəzifə tutan Arin Təbatəbai İran hökumətinin ABŞ-da təsirini artırmaq üçün çalışan əhəmiyyətli fiqurlardandır.

Qeyd edək ki, Arin Təbatəbai təbrizli universitet müəllimi və panfarsizm nəzəriyyəsinin təbliğatçılarından olan Cavad Təbatəbainin qızıdır.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …