Şənbə , Avqust 15 2026
azfa

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin Atom Elektrik Stansiyası tikinti sahəsinə hücum etdiyini bildirərək, bu addımı “qətiyyətlə” pisləyib.

Təşkilat bəyanatında bu hücumu “beynəlxalq hüququn pozulması” adlandıraraq bildirib: “28 iyul 2026-cı il tarixində, yerli vaxtla saat 03:39 radələrində tikilməkdə olan Darxovin Atom Elektrik Stansiyasının ərazisi bir neçə mərmi ilə hədəfə alınıb.”

Darxovin İranın Xuzistan əyalətinin Şadəqan məntəqəsinin Darxovin bölgəsində yerləşən şəhərdir.

İran Atom Enerjisi Təşkilatının bəyanatından bir neçə saat əvvəl Xuzistan valisinin təhlükəsizlik məsələləri üzrə müavini bildirmişdi ki, ABŞ döyüş təyyarələri yerli vaxtla saat 05:55-də Şadəqan şəhəri yaxınlığında yerləşən bir nöqtəyə raket zərbəsi endirib.

Təşkilat bəyanatında həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu bu hücumu pisləməyə çağıraraq bildirib ki, bu hadisə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT), nüvə təminatları sistemi və Beynəlxalq Atom Enerjisi Agentliyinin nizamnaməsini daha da zəiflədir və Agentlik öz nizamnamə üzrə öhdəliklərini yerinə yetirməlidir.

Məlumata görə, Darxovin layihəsi 300 meqavat gücündə atom elektrik stansiyası kimi nəzərdə tutulub.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …