GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə sazişindən imtinanın fəsadları barədə ABŞ-a xəbərdarlıq edib.
Zərif bildirib ki, ABŞ İranla nüvə proqramına dair sazişi tərk edəcəyi təqdirdə, Tehran öz maraqlarına uyğun şəkildə addımlar ataraq, lazımi tədbirlər görəcək.
“İranın görəcəyi tədbirlər və beynəlxalq ictimaiyyətin reaksiyası amerikalılar üçün heç də ürəkaçan olmayacaq”, – deyə M.Zərif bildirib.