Cümə axşamı , Avqust 27 2026
azfa

Qaşqay türkləri də Kazerunda etirazlara qoşuldu

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Kazerun şəhərində, bölgədə yeni ərazi bölgüsü yaradılmasına qarşı bir həftəyə yaxındır etirazlar davam edib. Bu gün keçirilən etirazlarda etirazçılar Qaşqay türklərinə etirazlara dəstək verdiklərinə görə təşəkkür ediblər.

Etiraz aksiyasında “Dərdunəyə salam, Bərazcuna salam – qeyrətli Qaşqaylar təşəkkür-təşəkkür” şüarı səsləndirilib.

Yayılan məlumatlara əsasən, bu gün aprel ayının 20-də minlərlə Kazerun halisi küçələrə çıxaraq bu şəhərin ikiyə bölünməsinə və vilayətdə yeni ərazi bölgüsü aparılmasına etiraz bildiriblər. Bildirilir ki, “Biz kazerunlu kişi və qadınlar savaşa hazırıq və parçalanmağa qarşı vuruşacağıq” şüarı səsləndirən aksiyaçılar, Kazerunun tabeliyində olan “Çinar Şahican”, “Kuhmərə”, “Bişapur”, “”Dəşti Bərm” və İmamzadə Seyid Hüseyn bölgələrinin bu şəhərdən ayrılmasına və əyalətdə ayrıca yeni bir şəhər salınmasına etiraz bildiriblər. Axşam saatlarına qədər davam edən etirazlarda tutulanların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

Kazerunlu sakinlər həmçinin bu şəhərin millət vəkilinə qarşı da şüar səsləndirib, onu əhalini himayə etməyə çağırıblar.

Həmçinin yoxlayın

Molla rejimi İrandakı yoxsulluqla bağlı statistikanı açıqlamaqdan imtina edib: “Təhlükəsizlik qadağası var”

GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala …

Tramp: İran İslam Respublikası etirazçılara pulemyot və snayperlərlə atəş açır

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Qlen Bekin radio proqramına müsahibəsində İrandakı etirazlarla bağlı …

Bir cavab yazın