Şənbə , Yanvar 17 2026
azfa

İran adlanan ölkədə əmǝk vǝ sosial müdafiǝ naziri Əli Rəbii vǝzifǝsindǝn azad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin əmǝk vǝ sosial müdafiǝ naziri Əli Rəbii öz vǝzifǝsindǝn azad edildi.

Məclisdə impiçment prosesinin sonunda millət vəkilləri nazir Əli Rəbiini vəzifəsindən azad etmək üçün 129 səs yığıblar.

Bu, ötən 11 ay ərzində nazirin üçüncü impiçmentidir.

Xatırladaq ki, Əli Rəbii ABŞ-ın İran adlanan ölkəyə qarşı sanksiyaları bərpa etməsinin İranda əhali üçün mənfi təsir göstərəcəyini açıqlamışdı:

“Bu məhdudiyyət səbəbindən İranın bir milyon vətəndaşı işsiz qalacaq. ABŞ-ın birtərəfli addımı bizim üçün böyük maliyyə problemi yaradacaq”.

Qeyd edək ki, Rəbii 2013-ci ilin avqust ayından, prezident Həsən Ruhaninin ilk prezidentliyi dövründən bu günə qədər nazir postunda olub.

Həmçinin yoxlayın

WSJ: “ABŞ İranın Davosda görüş istəyini rədd edib”

GADTB: ABŞ administrasiyası İranın xarici işlər naziri Abbas Əraqçının Davosda amerikalı rəsmi ilə görüşmək istəyini …

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcək

GADTB: Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni …

Bir cavab yazın