Cümə axşamı , Fevral 12 2026
azfa

İran adlanan ölkənin ETTELAAT İdarəsi azərbaycanlı fəalları hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı milli-mədəni fəalları təhlükəsizlik orqanlarına çağıraraq aksiyalara çağırış etmələri üçün onları hədələmişlər.

Həmçinin ETTELAAT İdarəsinin məmurlarının təzyiq göstərdiyi fəallardan biri də Xoy Şəhərinin ETEELAAT İdarəsinə çağrılan Cavad Əhmədi Yekanlıdır.

Telefon vasitəsi ilə ETTELAAT İdarəsinə çağırılan azərbaycanlı fəal bəzi Azərbaycan telgram kanallarının çağırışından sonra yanvarın 1-də təyin olunmuş məkanların birinə gedib. Ərazidə olan təhlükəsizlik qüvvələri ondan həmin məkandan uzaqlaşmağı tələb ediblər, bunun nəticəsində tərəflər arasında mübahisə yaranıb.

Bu hadisədən sonra ETTELAAT məsulları dəfələlərlə azərbaycanlı fəala zəng edib onu idarəyə çağırıblar. Məmurlar fəalın idarəyə müraciət etməyəcəyindən əmin olduqdan sonra ona ciddi xəbərdarlıq ediblər. ETTELAAT məmurları azərbaycanlı fəalın valdeynləri ilə də əlaqə saxlayaraq onlardan övladlarına diqqət etmələrini tələb ediblər. Məmurlar bildirib ki, Cavad Əhmədi Yekanlı bir daha elə yerlərə gedərsə mütləq saxlanılacaq.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın