Cümə axşamı , Sentyabr 10 2026
azfa

İran adlanan ölkənin məmurları Azərbaycanlı milli fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, rejimin Ədliyyə Orqanın Məhkəmə Xidməti bölməsinin  məmurları 13 dekabr 2017-ci il tarixində azərbaycanlı milli-mədəni fəal Musa Sudini həbs etmək məqsədilə onun evinə hücum ediblər.

Məmurlar hədə-qorxu ilə evdə axtarış aparıblar. Lakin həmin türk fəalı tutmağa müvəffəq olmayıblar.

Musa Sudinin ailəsinin sözlərinə görə, rejimin məmurları Musa Sudinin 7 ay həbsinə dair məhkəmə hökmünün icrası məqsədilə evə hücum ediblər. Halbuki, rejimin İnqilab Məhkəməsinin ikinci şöbəsindən heç bir bildiriş Musa Sudiyə göndərilməyib.

Qeyd edək ki, Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal mühəndis Musa Sudi 8 mart 2013-cü il tarixində Tirəxtur komandasının birinci Asiya oyununda bir neçə nəfər digər türk fəalla birlikdə yaxalanmışdı. Heç bir günahı olmayan fəala rejimin İnqilab Məhkəməsinin ikinci şöbəsi 7 ay həbs qərarı çıxarıb. Azərbaycanlı fəal qərara etiraz edərək, öz etiraz ərizəsini də yazılı şəkildə məhkəməyə təqdim edib. Lakin indiyə qədər yekun qərarın çıxarılmasına dair heç bir bildiriş apelyasiya və s. məhkəmələrdən almamışdır. Fəalın bank hesabları da dondurulub.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası İranın nüvə sanksiyalarının müzakirəsinə dair gündəliyi 11 səslə təsdiqləyib

GADTB: BMT Təhlükəsizlik Şurası sentyabrın 10-da keçirilən rəsmi iclasında İran İslam Respublikasının nüvə proqramı və …

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir …

Bir cavab yazın