Cümə , Oktyabr 30 2026
azfa

Dörd ölkə türk ordusu qurur

GADTB-nin Mətbuat Mərkəzinin “Milliyət” qəzetinə istinadən yaydığı məlumata görə, Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan ortaq hərbi birlik yaradacaq.

Qəzet bu birliyin Avrasiya Hərbi Statuslu Ordu Qüvvələri adlandırılacağını bildirib. Bu qurumun simvolu at və dörd ulduzdan ibarət olacaq. Yeni qurum 2018-ci ildə rəsmən fəaliyyətə başlayacaq və sadəcə sülh üçün çalışacaq.

Hər ölkəni burada öncə müəyyən edilən sayda kontingent təmsil edəcək. Türkiyəni birlikdə Jandarma Ümumi Komandanlığı təmsil edəcək və o digər ölkələrin ordu qüvvələrinə təlim keçəcək.

Bu qurum BMT Sülhməramlı Qüvvələri kimi çalışacaq.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …

Bir cavab yazın