Şənbə , İyun 28 2025
azfa

İran AEBA ilə əlaqələri dayandırsa da, Qrossi AEBA ilə əməkdaşlığı İranın vəzifəsi adırdı

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ABŞ və İsrailin Tehranıb nüvə obyektlərinə hücumlarından sonra İran parlamentində agentliklə əməkdaşlığının dayandırılması planının təsdiqlənməsinə reaksiya verib.

Qrossi İranın AEBA ilə əməkdaşlıq etməyin vəzifəsi olduğunu vurğulayıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi deyib: “İyunun 13-də başlayan hücumlar İranın uranın zənginləşdirilməsi ilə əlaqəli Nətənz, İsfahan və Fordoya ciddi fiziki ziyan vurub.

Düşünürəm ki, “məhv edildi” sözü çox kəskindir, lakin o, böyük ziyana uğradı. Hücum üç nüvə obyektinə əhəmiyyətli fiziki ziyan vurdu”.

Qeyd edək ki, molla rejimi artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ilə əlaqələri dayandırdığını bildirib.

Həmçinin yoxlayın

Washington Post: “ABŞ-İran danışıqlarının taleyi nüvə proqramına dəyən zərərin səviyyəsindən asılıdır”

GADTB: “The Washington Post” qəzeti yazıb ki, İranla ABŞ arasında gərginliyin taleyi və diplomatiya yolu …

Təbrizdə Mürtəza Pərvinin həbsinə etiraz olaraq qrafit çəkildi: Sənətçinin yeri həbsxana deyil

GADTB: Cümə axşamı günü iyunun 26 Təbrizdə bir qrup Azərbaycan sənətçisi Güney Azərbaycandan olan sənətçi …