Çərşənbə axşamı , May 17 2022
azfa

İran Amerikaya görə öz vətəndaşlarını azad etməyi “humanizm” adlandırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, İran “humanizm əlaməti olaraq” Amerikaya kompromis göstərmək üçün İran-Amerika vətəndaşlığı olan məhbusları azad etməyə hazırdır.

Xətibzadə bildirib ki, Amerika daha öncə əldə edilmiş razılaşmaya əməl etsə, bu humanitar məsələ ən qısa zamanda həll edilə bilər.

İran bir müddət öncə atom razılaşmasının bərpası üçün aparılan 6 mərhələli danışıqlarda məhbusların mübadiləsi üçün razılaşma əldə edildiyini, lakin Amerikanın İranın dondurulmuş pullarından bir hissəsini geri qaytarmağa razı olmaması səbəbindən gerçəkləşmədiyini iddia etmişdi.

Ötən gün Amerikanın atom danışıqlarında iştirak edən ali nümayəndəsi Robert Mali ölkəsinin 4 günahsız vətəndaşının İranda həbsdə olduğu bir vaxtda anlaşmaya yenidən qayıtmağı təsəvvür etməyin onlar üçün çətin olacağını bəyan etmişdi.

Qeyd etmək lazımdır ki, İran hökuməti tez-tez ikili vətəndaşlığı olan və ya xarici turistləri müxtəlif saxta ittihamlarla həbs edir.

Təhlilçilərə görə, İran hökuməti həmin günahsız insanlardan siyasi sövdələşmələrdə girov kimi istifadə edib öz istəklərinə nail olmağa çalışır.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …