Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Azərbaycanlı iyasi məhbus Abbas Lisani Ərdəbildə Tibbi Ekspertiza Mərkəzinə aparıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbildə Tibbi Ekspertiza Mərkəzinə aparılıb. Azərbaycanlı iyasi məhbus ailəsi ilə telefon əlaqəsi zamanı bu barədə məlumat verib.

Azərbaycanlı siyasi məhbusun ikinci dəfə MRT müayinəsinin nəticələrinin və təcili bel diski əməliyyatına ehtiyacı olması barədə tibbi sübutların zindana göndərilməsindən sonra o Tibbi Ekspertiza Mərkəzinə aparılıb.

Bundan öncə TibbiEkspertiza Mərkəzinin həkimi təkidlə bildirmişdi ki, A.Lisani tezliklə müayinə olunmalı, analizlərinin nəticələri yoxlanılmalı və mütəxəssis həkim tərəfindən müalicə olunmalıdır.

Bir müddət öncə kəskin bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisaniyə zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçün o silahlı məmurların müşayiəti ilə Ərdəbilin Fatimi xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana qaytarılmışdı.   

Həmçinin keçən il oktyabrın 21-də Abbas Lisani üç avtomobillə rejimin məmurlarından ibarət qrupun müşayiəti ilə MRT analizi üçün klinik terapiya mərkəzlərinə aparılmışdı. Orada azərbaycanlı siyasi məhbusdan analizlər götürülmüşdü.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşıb .

Qeyd edək ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Rus sülhməramlıları Xudavəng monastır kompleksini tərk edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilən rus sülhməramlılar 10 apreldə …

İsrail ordusunun Baş Qərargah rəisi: İranın raket və dron hücumuna cavab qətidir

GADTB: Bazar ertəsi İsrail ordusunun yüksək rütbəli komandiri ölkənin cənubunda yerləşən Nəvatim Hərbi Hava Bazasında …