Çərşənbə , Oktyabr 21 2026
azfa

İran Azərbaycan Respublikası şəhərlərinin adını təhrif edilmiş formada küçələrə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Tehranda Azərbaycan Respublikası şəhərlərinin adını təhrif edilmiş formada küçələrə verib.

Bununla bağlı Tehran Şəhər Şurası Azərbaycan Respublikasının bir sıra şəhərlərinin adlarını saxtalaşdırılmış və ermənilərlə farsların qərəzli şəkildə söylədiyi formada küşələrə verib.

Tehran Şəhər İslam Şurasının 2710-127 saylı qərarından sonra paytaxda bəzi keçidlərin erməni adları verilib.

Bir sıra kiçik küçələrə isə Azərbaycan şəhərlərinin adları təhrif olunmuş şəkildə verilib. Məsələn bir küçəyə Bakı əvəzinə Badkubə, Şuşa əvəzinə Şuşi, başqa bir keçidə isə Nardaran, Salyan, Lənkəran və Aran adları verilib.

Qeyd edək ki, İran rejimi Azərbaycan şəhər adlarını bu şəkildə təhrif etməklə Azərbaycanla düşmənçiliyini bir daha sübut edib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …