Şənbə , Oktyabr 17 2026
azfa

İran Beynəlxalq Cinayət Məhkəməsinə verilir

GADTB: ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası dünya miqyasında dini azadlıqların vəziyyəti ilə bağlı hesabatını dərc edib.

Hesabatda Bayden administrasiyasına İranı bir daha xüsusi narahatlıq doğuran ölkələr sırasına daxil etməyi tövsiyə edilib.

İranda azyaşlı uşaqların həbsi və öldürülməsi, işgəncələr, etirazçılara qarşı repressiyalar və etiqadlarına görə, müxtəlif dinlərə mənsub qrupların sıxışdırılması barədə yazılıb.

Eyni zamanda İran hakimiyyət orqanları tərəfindən insan hüquqlarının pozulmasına və insanlığa qarşı cinayətlərə görə, bu ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi istənilib.

Bu komissiya həmçinin ABŞ Konqresindən Tehran hakimiyyətinin təzyiqi altında olan iranlı qaçqınların Amerikada məskunlaşmasına kömək etməyi və iranlıların daha çox dini azadlıqlara nail olmaq üçün mübarizəsini dəstəkləməyi xahiş edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …