GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran açıq şəkildə Ermənistana hərbi texnika və silah-sursat yardımı göndərib.
Son günlər davamlı olaraq “Kamaz” markalı hərbi yük maşınları Nurduz gömrük məntəqəsindən Ermənistana keçirilmək üçün İran rejimi tərəfindən Nurduza daşınır.
Hərbi texnika və maşınlar əsasən Ənzəli limanından Ermənistan istiqamətinə daşınır və maşınların yolda ikən çəkilən görüntüləri İranın Ermənistana açıq hərbi yardımına sübutdur.