GADTB: Dünən İranın kənd təsərrüfatı nazirinin müavini və Baytarlıq Təşkilatının rəhbəri Müctəba Novruzi Ermənistanın Tehrandakı səfiri Arsen Avakyan ilə görüşüb.
Məlumata görə, görüşdə İran rəsmisi erməni səfirə iki ölkənin baytarlıq sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, Coğrafi İnformasiya Sistemi, xəstəliklərə nəzarət və mal-qaranın izlənilməsi sistemi haqqında məlumat verib.
Qeyd olunub ki, Ermənistan səfiri İran və Ermənistan arasında heyvandarlıq peyvəndi istehsalı sahəsində birgə layihələrin icrasına başlanılması və bu sahədə İranın təcrübəsinin ötürülməsindən danışıb. / Azad İran