Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran Ermənistanda biznes mərkəzi açacaq

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Əmək və Əhalinin İctimai Rifah naziri Höccətullah Əbdülməlekinin İrəvana səfəri ilə eyni vaxtda ölkəmizin iqtisadi imkanlarının daimi sərgisi olaraq Ermənistanda biznes mərkəzi açılacaq.

İranın Əmək və Əhalinin İctimai Rifahı Nazirliyinin beynəlxalq məsələlər şöbəsinin müdiri bu barədə açıqlama verib.

Hamed Furuzan ermənistanlı həmkarı Minasyan ilə birgə keçirdiyi vebinarda, habelə bildirib: “İstehsal, məhsulların ticarəti və xidmətlər sahələrində hər iki tərəfin imkanlarını təqdim etmək məqsədilə bu sahədə əməkdaşlıq müqaviləsi imzalanacaq”.

Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin beynəlxalq məsələlər şöbəsinin müdiri Minasyan da öz növbəsində iki ölkə arasında əməkdaşlığın səmərəli və müsbət ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, son dövrlərdə İran-Ermənistan münasibətlərində gözəçarpacaq qədər genişlənən münasibətlər həqiqətən düşündürücü və təəssüfləndiricidir. Bölgədə sülh, əmin-amanlıq və sabitlik yaratmaq istəyən Azərbaycan və Türkiyə dövlətlərinin əksinə olaraq, üzdə özünü sülhsevər göstərən Tehran rejimi bütün təklif edilən əməkdaşlıq layihələrinə bədxah və qıcqanc mövqe sərgiləyib. İranın bütün beynəlxalq qanunları və mənəvi dəyərləri əzərək həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də sonra istər Ermənistana, istərsə də Qarabağda qalan erməni separatçı ünsürlərinə hər cür siyasi və iqtisadi dəstəyi də bu acı həqiqətdən xəbər verir.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …