Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran Ermənistanı dəstəkləməkdə davam edir: Qafanda konsulluq açırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Zəngəzur dəhlizinə qarşı Ermənistanın Qərbi Zəngəzurda yerləşən Qafan şəhərində konsulluq açmağı planlaşdırır.

İran rejimi dekabrın 29-da keçirilən iclasında Xarici İşlər Nazirliyinin Qafan şəhərində konsulluğun açılması təklifinə razılıq verib.

Qeyd edək ki, İran rejimi özəlliklə İkinci Qarabağ savaşında Azərbaycanın qələbəsini gördükdən sonra müxtəlif yollarla Ermənistanla əlaqələri daha da möhkəmləndirməyə çalışır. Bu istiqamətdə hərbi, siyasi, mədəni, ticarət, idman və s. səhələrdə erməni hökuməti ilə çoxşaxəli əlaqələr qurmağa can atır. Bəs İran hökumətinin Ermənistan kimi məğlub və zəif bir ölkə ilə əlaqələrini möhkəmləndirməyə sövq edən nədir? Doğurdan İran rejimi Ermənistan hökumətini özünə güclü tərəfdaş hesab edir yoxsa bunun arxa planında başqa nələrsə var? Əslində bu sualın cavabı çox sadədir: İran rejimi Qafqazdakı proseslərdən çox geridə qalıb və artıq öz nüfuzunu itirib. Hazırda isə rejim İranın da bölgədə olduğunu göstərmək üçün müxtəlif addımlar atmağa çalışır. Bundan əlavə, İranın daxilindəki kəskin inflyasiya, əhalinin böyük hissəsinin mütləq yoxsulluq həddinin altında yaşaması və bunun əhali arasında demək olar ki, hər gün etirazlara səbəb olmasını nəzərə alsaq, İran rejiminin sonunun heç də yaxşı olmadığını düşünmək olar.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …