Çərşənbə axşamı , Avqust 18 2026
azfa

İran Futbol Federasiyasından Güney Azərbaycan komandasına qarşı ayrı-seçkilik

GADTB: Güney Azərbaycanın Traxtur klubunun “Pərsəpolis” azarkeşlərinin təhqiredici şüarları ilə bağlı etdiyi şikayət nəticəsiz qalıb. Molla rejimin Futbol Federasiyasının İnzibati Komitəsi “Pərsəpolis” klubunu günahsız hesab edərək işi bağlayıb.

İntizam Komitəsinin açıqlamasına görə, Traxtur Azərbaycanın “Zob Ahən” – “Pərsəpolis” qarşılaşmasındakı təhqiredici davranış və şüarlar barədə müraciəti “yerində hesab edilməyib” və buna görə də, iş rəsmən bağlanıb.

Bununla yanaşı, yarşın rəsmi nümayəndəsinə qarşı qeyri-etik davranışa görə Xudadad Əzizi 100 milyon tümən cərimələnib.

Traktur tərəfdarları və futbol mütəxəssisləri bu qərarı İran Futbol Federasiyasının uzun illərdir davam edən ikili standartları və ayrı-seçkilikli münasibətinin növbəti nümunəsi kimi qiymətləndirirlər.

Həmçinin yoxlayın

Urmiya gölünün suyu azalmağa başlayıb

GADTB: Urmiya gölünün bərpası üzrə Milli İşçi Qrupunun katibi Rza Rəhmani deyib ki, hazırda Urmiya …

Təbrizdə elektrik kəsintiləri Tehranın göstərişi ilə müəyyənləşdirilir

GADTB: Təbrizdə uzunmüddətli elektrik kəsintiləri ilə bağlı narazılıqların artması fonunda Təbriz Elektrik Paylayıcı Şirkəti bəzi …