Bazar , Oktyabr 18 2026
azfa

İran humanitar yardım adı ilə Suriyaya silah daşıyır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran hökuməti Suriyada zəlzələdən zərər çəkənlərə humanitar yardım adı altında Bəşər Əsəd rejiminə hava hücumundan müdafiə sistemləri və hərbi texnika daşıyır. Bu barədə “Röyters” məlumat yayıb.

“Fevralın 6-dan başlayaraq silah və hərbi texnika daşıyan İran təyyarələri Dəməşq, Hələb və Lazkiyə şəhərlərinin hava limanlarına enib. Hava hücumundan müdafiə sistemi üçün lazım olan qabaqcıl telekommunikasiya avadanlıqları, radar batareyaları və ehtiyat hissələri Suriyaya daşınıb”, – məlumatda bildirilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …