Şənbə , Oktyabr 17 2026
azfa

İran İqtisadi Azadlıq İndeksi üzrə 176 ölkə arasında 169-dur

GADTB: Heritage Foundation ölkələr üzrə 2023-cü ilin İqtisadi Azadlıq İndeksini açıqlayıb. Belə ki, 2023-cü ildə İqtisadi Azadlıq İndeksinə görə tədqiq edilən 176 ölkə arasında İran 169-cu yerdədir. Yalnız 7 ölkə – Eritreyə, Burundi, Zimbabve, Sudan, Kuba, Venesuella və Şimali Koreya İranla müqayisədə daha pis vəziyyətdədir.

Hesabata  görə, ən yaxşı nəticə göstərən ölkələr Sinqapur, İsveçrə, İrlandiya və Tayvandır. Bu siyahıda İsrail 34-cü yerdədir.

Qeyd edək ki, daha azad iqtisadiyyata malik ölkələrdə əhalinin rifah səviyyəsi xeyli yüksəkdir, iqtisadi azadlıq isə iqtisadiyyatın dövlət tənzimlənməsindən fərqli olaraq, nisbətən tez və nəzərəçarpacaq nəticələr verir.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …