Çərşənbə , Yanvar 1 2025
azfa

İran mətbuatı erməni separatçıların tribununa çevrilib

GADTB: Son vaxtlar erməni ekspertlərin anti-Azərbaycan çıxışlarına səxavətlə yer ayıran İran mətbuatı bir qədər də irəli gedərək Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin rəhbərlərinə tribuna verib.

Belə ki, fevralın 13-də İranın ən populyar qəzetlərindən biri sayılan “Şərq” qəzetində Xankəndidəki separatçı qurumun “dövlət naziri” Ruben Vardanyanla geniş müsahibə dərc olunub.

“İran Qafqazda sülh üçün daha fəal siyasət yürütməlidir” başlığı ilə nəşr edilən müsahibənin müəllifi, Azərbaycan əleyhinə ardıcıl çıxışları ilə tanınan siyasi ekspert Ehsan Movəhhediyan söhbətə yazdığı qısa girişdə Vardanyanı “Artsax dövlətinin” ali məqamlı təmsilçisi kimi təqdim edib.

O, iki aya yaxın müddətdə Laçın dəhlizinin “Azərbaycan hökumətinə bağlı yarımhərbi şəxslər tərəfindən bağlandığını” və “Artsax”ın guya mühasirəyə alındığını iddia edərək, vurğulayıb ki, bu mühasirənin taleyinin İranın Qafqazdakı milli maraqları ilə birbaşa və həyati əlaqəsi vardır.

Movəhhediyan həmçinin iddia edir ki, guya Azərbaycan hakimiyyəti Qarabağı ermənilərdən təmizləməklə, təkfirçi, vəhhabi və İsrailə bağlı təhlükəsizlik qüvvələrini İranla həmsərhəd bölgədə yerləşdirmək, daha sonra Sünik vilayətini işğal edərək İran-Ermənistan sərhədini kəsmək niyyəti güdür.

Regionda gedən proseslərə bu şəkildə, yəni Azərbaycan düşmənçiliyi çərçivəsindən baxması başabəla ekspertin müsahibinə ünvanladığı suallarda da özünü göstərir, həmin sualların açıq-aşkar təhrikçi və təxribatçı xarakter daşımasını şərtləndirir./ Azad İran

Həmçinin yoxlayın

Türk tayfaları arasında Ayaz Ata hekayəti

GADTB: Ayaz Atanın hekayəsi bizə köhnə folklorumuzdan gəlir. Ayaz Ata haqqında çoxlu hekayələr, nağıllar danışılıb. …

Molla rejimin müstəmləkə siyasətinin nəticələrindən; Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır

GADTB: Güney Azərbaycanın Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır. Bu haqda Azərşəhr şəhərinin başçısı Rza …